Kanada Rusiyanın Ukraynadakı təcavüzünü soyqırımı adlandırdı

“Rusiyanın Ukraynaya təcavüzü soyqırımı adlandırılmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

Kanada lideri hesab edir ki, Rusiyanın və Vladimir Putinin etdikləri ilə bağlı “soyqırımı” ifadəsinin işlədilməsi tamamilə doğrudur. “Müharibədə mülki şəxslərə hücum, cinsi zorakılıqdan silah kimi istifadə tamamilə qəbuledilməzdir”, – baş nazir vurğulayıb.

Trüdo həmçinin əlavə edib ki, Kanada Putini hərbi cinayətlərinə görə məsuliyyətə cəlb etmək üçün Haaqa Məhkəməsində prosedurun başladılmasına təşəbbüs göstərən ilk ölkələrdən biridir.

Azpost.info

Əvvəlki məqalə

“Moskva” raket kreyserində yanğın baş verib –

Sonrakı məqalə

“KamAZ”, “Qazprom”, “Rostelekom”…-