Kanada Belarus Müdafiə Nazirliyinin 22 məmuruna sanksiya tətbiq etdi

Kanada Belarus məmurlarına qarşı yeni sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sanksiyalar siyahısına Belarus Müdafiə Nazirliyinin 22 məmuru əlavə edilib: “Onlar hücumu dəstəkləyiblər. Xüsusən də ölkələrinin Rusiyanın işğalı üçün platformaya çevrilməsinə icazə veriblər. Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin pozulmasını dəstəkləyənlər cavab verəcəklər”.

Kanada Lukaşenkonu Rusiyanın işğal siyasətini dəstəkləməyi dayandırmağa çağırıb: “Biz bundan sonra da addım atmaqdan çəkinməyəcəyik”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusların İsveçrə banklarında 213 milyard dolları var –

Sonrakı məqalə

Kadırov Ukraynaya daha 1000 çeçen döyüşçüsü göndərib