Rusların İsveçrə banklarında 213 milyard dolları var –Sanksiyalar sayəsində üzə çıxıb

İsveçrə banklarında rusiyalı müştərilərin 213 milyard dolları var.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu aktivlər haqqında Rusiyaya qarşı sanksiyalar sayəsində öyrənmək mümkün olub. İsveçrə Bankirlər Assosiasiyasının hesablamalarına görə, banklar offşor hesablarda rus müştərilərə məxsus 150-200 milyard İsveçrə frankı (213 milyard dollar) saxlayır.

Sosial-demokratların həmsədri Mattea Meyer prezident Putinə və onun hökumətinə yaxın ruslara məxsus vəsaitlərə məhdudiyyət qoyulmasına çağırıb: “Bu vəsaitin bir hissəsi Kremlə sadiq oliqarxlara məxsusdur. Pul və onların fəaliyyəti müharibəni maliyyələşdirməyə kömək edir”.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Sonrakı məqalə

Kanada Belarus Müdafiə Nazirliyinin 22 məmuruna sanksiya tətbiq etdi