Kanada Senatı qondarma “DQR”-in tanınmasına dair təşəbbüsü rədd edib

09 Dekabr 2020 - 12:36

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən Kanada Senatında müzakirəyə çıxarılıb və rədd edilib.

Bu barədə Kanada Senatının rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, 53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verib, 5 senator isə bitərəf qalıb.

Qondarma “DQR”-in müstəqilliyinin tanınmasını nəzərdə tutan qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb. (APA)