Karantin rejimi 2 həftə yenidən uzadılacaq –

Prezidentin köməkçisi açıqlama verdi
30 İyun 2020 - 18:18

“Azərbaycan dövləti Qarabağ müharibəsi ilə yanaşı koronavirus müharibəsi şəraitində yaşayır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, hər kəs koronavirus müharibəsində qələbəyə öz töhfəsini verməlidir: “5 iyula qədər Azərbaycanda xüsusi karantin rejimi uzadılıb. Xüsusi karantin rejiminin daha 2 həftəuzadılması barədə rəy var”.