Keçmiş “Gilan Holding” ləğv olunub

Bu ilin iyul ayında “Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış “Xəzri Solutions” MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.

“Xəzri Solutions” cəmi 160 manat nizamnamə kapitalına malik idi. Ona Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.

Xatırladaq ki, “Gilan Holding” 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

 

 

 

 

Əvvəlki məqalə

“Krımın qayıtması real deyil, Qərb Putinlə razılığa gəlməlidir”

Sonrakı məqalə

Evdəki mübarizəni də qələbə ilə sonlandırmalıyıq