Kiber dələduzlar daha 21 vətəndaşın kartından 40 min manat oğurlayıb –DİN

Kiber dələduzlar mayın 31-də 21 vətəndaşın bank kartından  oğuruluq edib.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat verib.
Kart məlumatları aldadılıb alınmaqla vətəndaşlardan 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat pul oğurlanıb.
29 min
Sxem yenə də “ənənəvidir”.
Məsələn, vətəndaşlardan biri satışa əşya qoyub. Bu əşyanı almaq üçün Qazaxıstan nömrəsi ilə həmin şəxsə zəng vuran naməlum “müştəri” malı almaq istədiyini bildirib və beh göndərmək istədiyini deyib.
Bundan sonra dələduz vətəndaşın etibarından istifadə edərək onun bank məlumatlarını əldə edib. Nəticədə onun 10 min 500 manatını oğurayıb.
Başqa bir vətəndaş isə 10 min 245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır.
DİN kiber fırıldaqçılara aldanmamağa, bank məlumatlarını heç kimə verməməyə çağırıb.
Əvvəlki məqalə

Ərdoğan Azərbaycanla imzalanan iki sazişi təsdiqlədi

Sonrakı məqalə

Axtarışda olan 316 nəfər sərhədi keçmək istəyərkən saxlanılıb