“Kılıcdaroğlu qalib olsaydı rus ordusundan yaxamızı qurtara bilməzdik” –RƏSUL QULİYEV

“Kılıncdaroğlu Türkiyəsi ilə Azərbaycan yaxın zamanlarda rus ordusundan yaxasını qurtara bilməzdi. Qətiyyətli mövqeyi olan Ərdoğan bu məsələdə Azərbaycanın yanında olacaq”.

Azpost.info bildirir ki, bbu sözləri Milli Məclisin sabiq spikeri Rəsul Quliyev Türkiyədə seçkilərin nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ərdoğanın ikinci turda qalib gəlməsi şübhə doğurmur:  “Türkiyədə prezident seçkilərinin birinci turu başa çatıb. Xoşbəxtlikdən Azərbaycan xalqının dostu Ərdoğan 5 faiz səs üstünlüyü ilə irəlidədir”. 

R.Quliev deyib ki, qətiyyətli mövqeyi olan Ərdoğan Azərbaycanın yanında olacaq: “Kılıncdaroğlu Türkiyəsi ilə Azərbaycan yaxın zamanlarda rus ordusundan yaxasını qurtara bilməzdi. Qətiyyətli mövqeyi olan Ərdoğan bu məsələdə Azərbaycanın yanında olacaq”.

Eks-spikerin fikrincə, K. Kılıncdaroğlunun seçki təbliğatı vaxtı  təqdim etdiyi xəritədə Azərbaycanı bilərkdən “İpək yolu”ndan çıxarmışdı:  “Xəritəyə Ermənistanı daxil etməsi bir tərəfə, Azərbaycanı o xəritədən pozmuşdu. Bu işi o bilərəkdən etmişdi. Düzdür ona bu işi görməyə nə Türkiyə ordusu, nə Türkiyə parlamenti , nə də Türk xalqı imkan verməzdi. Ancaq onun Azərbaycana münasibəti Ərdoğan kimi deyildi. Ona görə Ərdoğanın qələbəsi Azərbaycan xalqının qələbəsidir”.

Əvvəlki məqalə

Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir

Sonrakı məqalə

“Mən sağam” –