Kim Çen In bayram tədbirinə Putinin hədiyyə verdiyi “Aurus”la gəlib- FOTO

KXDR oktyabrın 10-da Koreya Fəhlə Partiyasının yaradılmasının 79-cu ildönümünü konsert və ziyafətlə qeyd edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Şimali Koreya lideri Kim Çen In ziyafətə qızı ilə birlikdə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi “Aurus” limuzini ilə gəlib.

Rusiyanın KXDR-dəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Matseqora tədbirə Kim Çen Inın şəxsi qonağı kimi dəvət olunub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.