“Kim təslim olmasa məhv ediləcək. Xəbərdarlıqsız atəş əmrini vermişəm”  –

PREZİDENT TOKAYEV XALQA MÜRACİƏT ETDİ
07 Yanvar 2022 - 13:18
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev “terrorçulara xəbərdarlıq etmədən atəş açmaq” əmrini verib.  
Azpost.info bildirir ki, bu barədə prezident bu gün xalqa müraciətində bəyan edib.
“Quldurların əli ilə inzibati binalar zərər görüb, dinc sakinlərin şəxsi əmlakı zərər çəkib. Həlak olanların ailəərinə və yaxınlarına başsağlığı verirəm”.
Prezident deyib ki, toqquşmalarada yüzlərlə insan ziyan çəkib. Tokayevin sözlərinə görə, hakimiyyət dinc şəkildə etiraz edənlərin bütün tələblərini nəzərə alıb, terrorçularla danışıqlar aparmaq niyyətində deyil: “Xaricdən problemin dinc yolla, danışıqlar yolu ilə həlli barədə çağırışlar səslənir. Bu nə axmaqlıqdır? Cinayətkarlar və qatillərlə hansı danışıqları aparmaq olar?”-deyə prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, vəziyyət sabitləşdikcə regionalrda fövqəladə vəziyyət rejimi götürüləcək və internet bərpa olunacaq.
Tokayev bildirib ki, Qazaxıstanın xüsusi təyinatlı dəstələri və xüsusi texnikası çatışmır. Buna baxmayaraq güc strukturları əməliyyatı sona qədər aparıb çatdıracaqlar: “Kim təslim olmasa məhv ediləcək. Bundan sonra hakimiyyət araşdırma aparmağı planlaşdırır. Nı üçün xüsusi xidmət silahlı qrupların ocaqlarını müəyyən edə bilməyib? Təkcə Almatıya 20 min quldur hucum edib”.