Kimsə deyir ki, fransızların formasında niyə xoruz var?- Ərdoğan Merih Demiraldan danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının futbolçusu Merih Demiralın AVRO-2024-ün 1/8 final matçında göstərdiyi “bozqurd” işarəsinə görə cəzalandırılmasına münasibət bildirib.

O, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Kimsə deyir ki, almanların formasında niyə qartal var? Kimsə durub deyir ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan? Merih bununla öz həyəcanını ifadə edib. Xarici İşlər Nazirliyimiz qarşı tərəfin nümayəndələrini çağırıb və bununla bağlı lazımi addımlar atılır. Ümid edirəm ki, hər şey şənbə günü müəyyən olacaq. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçək. Xüsusi bir şey baş verməsə, matça getməyə qərar verdim”(apa).

Əvvəlki məqalə

Yağış yağacaq, bəzi çaylardan sel keçəcək

Sonrakı məqalə

Prezident İlham Əliyev Xocalı hava limanında olub