KİV: Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini dayandırıb

ABŞ-İran
ABŞ-İran

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiq olunmaması ilə bağlı göstəriş verib. AzPost xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın nüfuzlu “Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, ötən həftə Ağ Evin mətbuat katibi Karolin Livitt dövlət departamentinə, xəzinədarlıq departamentinə və Milli Təhlükəsizlik Şurasına İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün bütün səyləri dayandırmağı tələb edən direktiv göndərib.

Nəticədə, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi İrana qarşı “maksimum təzyiq” siyasəti faktiki olaraq dalana dirənib. Mövzu ilə bağlı Livittin müavini Anna Kelli də qəzetə açıqlama verib. O, bu məlumatı birbaşa təkzib etməyib, yalnız qeyd edib ki, sanksiyalarla bağlı istənilən yeni qərar ya Ağ Ev, ya da müvafiq dövlət qurumları tərəfindən elan olunacaq.

Məlumatda qeyd olunur ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana qarşı sanksiyalar tətbiq edib. Həmin tarixdən bəri isə Maliyyə Nazirliyi yeni məhdudiyyətlərin elanını iki dəfə təxirə salıb.

Bununla belə, İranın neft ixracı və dondurulmuş aktivlərinə qoyulan mövcud sanksiyaların qüvvədə qalacağı bildirilir. Ekspertlərin fikrincə, bu addım İranın nüvə proqramı ilə bağlı aparılan həssas danışıqlar fonunda sanksiya siyasətinin yenidən nəzərdən keçirilməsi məqsədi daşıyır.

Ağ Ev administrasiyasının bəzi nümayəndələri isə fasilənin müddəti və tətbiq dairəsi ilə bağlı qeyri-müəyyənlikdən narahat olduqlarını bildiriblər. Analitiklər hesab edirlər ki, bu qərar bölgədəki siyasi vəziyyətə və diplomatik proseslərə ciddi təsir göstərə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.