“Kiyev boş yerə “F-16”-lara ümid etməsin, məhv edəcəyik”- VOLODİN

“Ukrayna Qərb ölkələrindən “möcüzə silah” hesab etdiyi “F-16” təyyarələri ilə təchiz etməyi xahiş edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin “Teleqram” kanalında yazıb.

O, ABŞ və Aİ-ni bu silahların tədarükü ilə bağlı xəbərdarlıq edib və Kiyevə təhvil veriləcəyi təqdirdə məhv ediləcəyini bildirib: “Kiyev rejimi “F-16”-lara ümid edir. Boş yerə. Onlar pilotlarımız və hava hücumundan müdafiə vasitələri tərəfindən məhv ediləcək”.

Eyni zamanda Volodin qeyd edib ki, Ukraynaya göndəriləcək hər hansı yeni silah xüsusi hərbi əməliyyatın nəticələrinə təsir göstərməyəcək. Onun sözlərinə görə, bu, digər növ hərbi texnikanın Ukraynanın əks-hücum əməliyyatı çərçivəsində o qədər də effektivlik göstərməməsi ilə bağlıdır. Söhbət xüsusilə “Leopard” tanklarından və “Bradley” piyada döyüş maşınlarından gedir.

Azpost.info

Əvvəlki məqalə

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlərin qeydiyyatı başlayıb

Sonrakı məqalə

Yüksək təzyiqi aşağı salmağa kömək edən