Ukrayna Kremlə PUA hucumu barədə Moskvanın ittihamını rədd edib.
Azpost.info bildirir ki, bununla bağlı Prezidentin mətbuat katibi Sergey Nikiforov açıqlama verib.
“Müharibədə Ukrayna dövlətinin vəzifəsi Moskvaya zərbə endirmək yox, işğal olunmuş ərazilərini azad etməkdir”-deyə Nikiforov BBC News-a Moskvada gecə baş verən insidenti şərh edərkən deyib.
“Bizdə Kremlə “gecə hücumları” adlandırılan hücumlar barədə heç bir məlumat yoxdur. Ukrayna bütün mövcud qüvvə və vasitələrini özgə ərazilərə hucum yox, öz ərazilərini azad etməyə yönəldir”, – Nikiforov deyib.
Prezidentin sözçüsü deyib ki, Rusiyanın Dnepr və Umanda çoxmərtəbəli yaşayış binalarına raket hücumlarından fərqli olaraq Moskvada baş verənləri terror hücumu hesab etmək olmaz: “Moskvada baş verənlər açıq-aydın vəziyyətin mayın 9-dan əvvəl gərginləşdirmək niyyətidir”– deyə Nikiforov vurğulayıb.
Qeyd edək ki, mayın 3-nə keçən gecə iki PUA Kreml kompleksinin ərazisindəki binalardan birinin damına çırpılıb. Nəticədə yerli yanğın baş verib.
Azpost.info