Ukrayna Niderlanddan ilk “F-16”-ları nə vaxt alacaq?

Vaşinqton Niderlanddan Ukraynaya ABŞ istehsalı olan F-16 qırıcılarının tədarükünü rəsmən təsdiqləyib.

Azpost.info xəbər verir ki, bu barədə “The Netherlands Times” yazır.

Eyni zamanda, nəşr qırıcıların köçürülməsi prosesinin uzun aylar çəkəcəyini qeyd edir.

Ukraynalı pilotların hazırlığını nəzərə alan Niderland hərbçiləri Kiyevin bir ildən sonra ilk qırıcıları qəbul edəcəyinə inanırlar.

Niderland Silahlı Qüvvələrinin komandanı Martin Vaynen xatırladıb ki, F-16 mürəkkəb sistemdir və onları kifayət qədər yaxşı idarə etməyi öyrənmək üçün vaxt lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Rusiya buğda üçün ixrac rüsumunu artıracaq

Sonrakı məqalə

Putin payızda Qazaxıstana səfər edəcək