Putin payızda Qazaxıstana səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin payızda Qazaxıstana səfəri gözlənilir.

Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstanın Moskvadakı səfirliyi bildirib.

“Qazaxıstan Rusiya prezidenti Vladimir Putinin Rusiya-Qazaxıstan forumunda iştirak etmək üçün payızda bu ölkəyə səfər edəcəyini gözləyir”, – səfir Dauren Abayev Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra deyib.

Görüşdə regional və beynəlxalq məsələlərin müzakirə edildiyi bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Niderlanddan ilk “F-16”-ları nə vaxt alacaq?

Sonrakı məqalə

“Ukraynanı və əks-hücumunu dəstəkləmək üçün hər şeyi edirik”