Kiyevdən 3 milyon insan evakuasiya edilə bilər

Əgər elektrik enerjisi təchizatı tam dayanarsa, Kiyevdən 3 milyona yaxın insanın evakuasiya edilməsi nəzərdən keçirilir.

APA-nın xəbərinə görə, bunu “ The New York Times ” qəzetinə müsahibəsində Kiyev administrasiyasının Təhlükəsizlik xidmətinin rəhbəri Roman Tkaçuk bildirib.

Roman Tkaçuk bütün elektrik təchizatı sistemini itirə biləcəklərini söyləyib. O, hazırda Kiyevdə elektrik enerjisi təchizatı sahəsində vəziyyətin idarə edilən səviyyədə olduğunu da açıqlayıb.

Əvvəlki məqalə

“İranda baş verənlər Azərbaycana da təsirini göstərir” –

Sonrakı məqalə

Bir lotereya aldı, 160 milyon avro uddu