Bir lotereya aldı, 160 milyon avro uddu

Fransa sakini Avropanın “EuroMillions” lotereyasının əsas mükafatı olan 160 milyon avronu udub.

Azpost.info bildirir ki, bu barədə “Le Parisien” qəzeti məlumat verib. Lotereya oyunu ötən cümə günü keçirilib. Uduş sahibinin adı açıqlanmır, yalnız  o məlumdur ki,  lotereya ölkənin şimalında Pa-de Kale departamentində alınıb.

Hələlik məbləği qazanmış şəxs bununla bağlı müraciət etməyib. Əgər 60 gün ərzində qalib aşkara çıxmasa pul yenidən lotereya oyununa qaytarılacaq.

Bu Fransa tarixində 7-ci ən böyük uduşdur. 2020-ci ilin oktyabrında fransız Polineziyasının sakini 220 milyon avro udmuşdu.

 

 

Əvvəlki məqalə

Kiyevdən 3 milyon insan evakuasiya edilə bilər

Sonrakı məqalə

Zəfər Günü Bakıda bulvarda bayram konserti olacaq