Məşhur “Klon” serialnıdan Zeyn rolu ilə tanınan braziliyalı aktyor Lusiano Şafir evlənib.
Azpost.info bildirir ki, 53 yaşlı aktyor 11 illik münasibətdə olduğu mahnı ifaçısı Lili Xanla ailə qurub. Çərşənbə günü baş tutan toy mərasiminə ən yaxın adamlar dəvət alıb.
Bu barədə StarHit məlumat yayıb.
Səhhətində ciddi problem olan Şafir buna baxmyaraq evlənməyə qərar verib. Bir neçə il əvvəl atasını itirən Şafir bir müddət filmərə çəkilməyib və yeni layihələrdən imtina edib.
Atasının banklara olan böyük borcları da Şafir üçün ciddi problem yaşadıb.
