“Klon” serialının məşhur aktrisası vəfat edib

Braziliyalı aktrisa Jandira Martini vəfat edib.

Bu barədə aktrisanın sənət dostu özünün sosial media hesabında yazıb.

78 yaşında vəfat edən aktrisanın ölüm səbəbi qeyd olunmasa da, bir müddət əvvəl onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.

Qeyd edək ki, Jandira Martini Azərbaycan tamaşaçısına “Klon” serialındakı Zorayde obrazı ilə tanışdır. Sözügedən serial digər aktyor və aktrisalar kimi Martiniyə də dünya şöhrəti qazandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.