“Qarabağ” klubu üçün elektrik avtomobilləri alınacaq” –- Tahir Gözel

“Qarabağ” davamlılıq ideologiyasını futbola da daşımaq üçün hərəkat başladıb. Klubun bu təşəbbüsü iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Bu sözləri COP29 sammitində iştirak edən “Qarabağ”ın prezidenti Tahir Gözəl söyləyib.

Alternativ enerjiyə keçidin vacibliyinə toxunan T.Gözəl deyib: “Biz klubun bazasını, stadionu günəş enerjisi ilə təmin edən panellər gətirməyi planlaşdırırıq. Həmçinin “Qarabağ” klubunun elektrikli nəqliyyat vasitələrinə keçməsi üçün çalışacağıq”.

O, əlavə edib ki, planlar arasında stadionun üzərinə yığılan sulardan enerji alınması üçün qurğuların quraşdırılması da var.

azpost.info

 

Əvvəlki məqalə

Paşinyan Trampla telefonla danışıb

Sonrakı məqalə

Fatih Terim Bakıda “Qarabağ”ı, Qurban Qurbanovu təriflədi –