Ermənistanın sabiq prezidenti Robert Koçaryan ilk dəfə 2018-ci ildə “məxməri inqilab” zamanı üçüncü prezident Serj Sarkisyana etdiyi telefon zəngi barədə danışıb.
AzPost bildirir ki, Robert Köçaryan bununla bğlı bir neçə xəbər saytlarına müsahibəsində deyib.
O qeyd edib ki, 2018-ci ilin aprelində Sarksiyana zəng etdib və vəziyyəti necə qiymətləndirdiyini soruşub. Çünki problem qartopu kimi böyüyürdü, vəziyyət nəzarətdən çıxırdı.
“2018-ci ilin aprelində mən üçüncü prezidentə zəng etdim. Ortaq dostlarımız vəziyyətin nəzarətdən çıxdığını deyirdilər. O, isə heç nə etmirdi. Ondan vəziyyəti necə qiymətləndirdiyini soruşdum. çünki hər şey nəzarətdən çıxırdı. Serj Sarkisyan çox sakit şəkildə cavab verdi ki, hər şey nəzarət altındadır. Mən təəccübləndim və bir neçə dəfə ondan hər şeyin nəzarət altında olub-olmadığını soruşdum. 5-6 gün sonra o, istefa verdi”, – ikinci prezident bildirib.
Koçaryan vurğulayıb ki, Serj Sarksiyan vəziyyətə düzgün qiymət verə bilməyib.