Köhnə Azərbaycan filmləri nə üçün hələ də sevilir? –VİDEO ŞƏRH

Türkiyənin Mimar Sinan Güzel Sanatlar Universitetinin sosiologiya üzrə magistr məzunu Toğrul Abbasov “Əkinçi.org” üçün Azərbaycan sovet kinolarının nə üçün hələ də maraqla baxılması ilə bağlı apardığı araşdırmanın nəticələrindən danışıb.

Toğrulun sözlərinə görə, bu gün azərbaycanlıların köhnə Sovet Azərbaycan filmlərinə baxmasının əsas səbəbi onların öz milli kimliyinin təzahürünü həmin filmlərdə görməsidir. O, əlavə edir ki, insanlar kinoya baxdıqdan sonra öz həyatlarının da həmin kinodakı kimi davam etdiyi fikrini daşıyırlar və köhnə sovet filmlərində o milliliyi görən insanlar öz həyatlarında da həmin milliliyi axtarmağa və yaşamağa başlayır.

Azərbaycanlıların milli kimliyinin bir çox iddiaların əksinə, ADR (Azərbaycan Demokratik Respublikası) dönəmindən etibarən deyil, modernləşmə dönəmindən, yəni 1950-ci illərdən etibarən formalaşmağa başladığını iddia edən Toğrulun sözlərinə görə, milli kimliyin formalaşması ilə modernləşmə arasında sıx əlaqə mövcuddur. Toğrul əlavə edir ki, bir etnik qrup arasında informasiya və kommunikasiya vasitələri nə qədər çox yayılarsa, milli kimlik də o zaman qurulmağa başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda yəhudilərin konfransı keçirilib 

Sonrakı məqalə

İlham Əliyev: