Gəncədə müəllimin mənzilində qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
E. Qurbanov küçəsində yaşayan Dəmirov Yusif Fərhad oğlunun mənzilində öldürülməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir. (APA)
Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi” müəllimi idi.
