Metronun açılması ilə bağlı məsələyə sentyabrın 15-nə qədər yenidən baxılacaq

“İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün avtobusların sayı artırılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Hacıyev deyib ki, məktəblərin açılması ilə əlaqədar avtobusların sayı yenə artırılacaq: “Dərslərin də müxtəlif günlərdə keçirilməsi nəzərdə tutulur. Eyni zamanda valideynlərə də bu sahədə müəyyən hüquqlar verilir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, metro ilə əlaqədar ekspertlər müxtəlif potensial risk amillərinin olduğunu bildirir: “Metroda ventilyasiya və dar, qapalı məkan olması müəyyən qədər ehtiyatlı davranmağa əsas verir. Sentyabrın 15-nə qədər bu məsələlərə yenidən baxılacaq”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Sonrakı məqalə

“Yoluxma səviyyəsi yüksək olduğu üçün Bakı, Sumqayıt və Abşeronda xüsusi karantin rejimi saxlanılır” –