Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapılıb –FOTO

Kolumbiya və ABŞ-dan olan beynəlxalq paleontoloqlar qrupu And dağlarında aparılan qazıntılar zamanı daşlaşmış nəhəng tısbağa qalıqları aşkar ediblər.

Tədqiqatın nəticələri “Publicación Electrónica de la Asociación Paleontológica Argentina” (PEAPA) elmi jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, heyvan qalıqları sürünənlərin nəsli kəsilmiş “Puentemys mushaisaensis” növünə aiddir. Bu heyvanların uzunluğu 1,5 metrə çatıb.

Alimlərin fikrincə, tapıntı And regionu üçün misilsizdir, çünki bundan əvvəl “Puentemys mushaisaensis” qalıqları dağlardan 100 kilometrlərlə aralıda, Karib dənizi yaxınlığında aşkarlanıb.

“Onların dənizdən 500 kilometr uzaqda aşkarlanması bizə paleosen və eosen dövrlərində, And regionunun alçaq dağ silsiləsi olduğu dövrlərdə Cənubi Amerikanın şimalında landşaftların necə olmasını anlamaq imkanı verir”, – deyə tədqiqata rəhbərlik edən paleontoloq Edvin Kadena bildirib.

Mütəxəssislər qeyd ediblər ki, “Puentemys mushaisaensis” dinozavrların nəsli kəsildikdən sonra birinci geoloji era dövründə yaşayıblar.

Əvvəlki məqalə

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Sonrakı məqalə

“Mançester Siti” darmadağınla qalib gəlib