Kolumbiyalı məşhur müğənni Şakiranın şərəfinə onun doğulduğu Barranquilla şəhərində heykəl qoyulub.
Azpost.info bildirir bu barədə Espectador portalı xəbər verir.
“Dekabrın 26-da Barranquillada Şakiranın şərəfinə heykəl açılıb”, – nəşr yazır.
Şəhərin meri Xayme Pumarexo X sosial şəbəkəsində müğənninin “mahnı bəstələyən ürəyi, tayı-bərabəri olmayan istedadı, kütləni hərəkətə gətirən səsi” olduğunu qeyd edib.
“Karib dənizinin qadın və qızlarını ruhlandırmağa davam edin” -deyə şəhər meri yazıb.
Müğənninin özü X sosial şəbəkəsində heykələ görə təşəkkür edib.
Azpost.info
