Koreya prezidenti Yun Sok Yol iyunun 10-15-də Türkmənistan, Qazaxıstan və Özbəkistanda dövlət səfərində olacaq.
Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Cənubi Koreya prezident administrasiyasından məlumat verilib.
“Orta Asiya qədim İpək Yolunun əsas hissəsi olub, bu, Avropa ilə Asiyanı birləşdirən strateji məkandır. Ukrayna və Yaxın Şərqdəki vəziyyət kimi çoxsaylı böhranlar fonunda regionun əhəmiyyəti artır”, – administrasiyadan bildirilib.
Səfər zamanı Koreya prezidentini xanımı müşayiət edəcək.
Azpost.info