Koronavirus Çin iqtisadiyyatına necə təsir edib?

- “Moody’s” açıqladı
03 Fevral 2020 - 15:07

“Moddy’s” beynəlxalq reytinq agentliyi 2019-nCoV koronavirusunun Çin iqtisadiyyatına təsirinə dair proqnoz-hesabat dərc edib.

“Report” xəbər verir ki, hesabata görə koronavirusun ölkə iqtisadiyyatındakı fəsadları müvəqqəti olacaq.

“Təməl ssenarimizə əsasən, koronavirus Çin iqtisadiyyatına müvəqqəti təsir göstərəcək, 2020-ci ildə ÜDM-in illik artımı proqnozdakı 5,8 faiz səviyyəsində qalacaq”, – sənəddə göstərilir.

Ötən il dekabrın sonunda Çinin Vuhan şəhərində onlarla sakinin naməlum növ pnevmoniyaya yoluxduqları barədə xəbər yayılıb. Bir qədər sonra xəstəliyin yeni koronavirus tərəfindən törədildiyi aşkar edilib.

Xəstəlik Çində yayılarkən başqa ölkələr qabaqlayıcı tədbirlər görməyə başlasa da, koronavirusun Çindən başqa 18 ölkədə  yoluxma halları qeydə alınıb.