Koronavirusa yoluxmuş insanları gələcəkdə nə gözləyir?- ABŞ alimləri AÇIQLADI

Koronavirus infeksiyasına yoluxmuş insanlarda ürək-damar xəstəliklərinin inkişaf riski əhəmiyyətli dərəcədə artır.

Azpost.info xəbər verir ki, bu barədə Klivlend Klinikasının və Cənubi Kaliforniya Universitetinin alimlərinin araşdırmasında bildirilir.

Təcrübədə bir neçə il ərzində 200 mindən çox insan iştirak edib.

Müəyyən edilib ki, COVID-19-a yoluxmuş insanlarda sonrakı üç il ərzində insult riski artıb. Bundan başqa, infeksiya ilə xəstəxanaya yerləşdirilənlərdə digər ciddi fəsadların yaranma riski də müşahidə edilib.

Buna təsir edən əsas amillərdən biri xəstəlik tarixi idi – xəstənin artıq ürək-damar sistemi ilə bağlı problemləri varsa, risklər əhəmiyyətli dərəcədə artıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.