Koronavirusdan sonra ağciyərləri necə sağaltmaq olar?

11 İyul 2020 - 18:05

COVID-19 keçirərək sağalanların ağciyərlərini bərpa etmək üsulları barədə rəy açıqlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, rusiyalı pulmonoloq Kirill Zıkovun fikrincə, əvvəla siqaret, elektron siqaret, veip, qəlyan çəkməyi tərgitmək, habelə tam əhatəli respirator bərpa kursunu keçmək lazımdır.

Bununla yanaşı, koronavirusdan sağalanların qidalara xüsusi diqqət yetirərək vitaminlər kompleksi, əsasən meyvə-tərəvəzdə olan antioksidantlar, zülal və kəpək kimi ünsürlərin bol olduğu yeməklərə üstünlük vermələrinin vacibliyi diqqətə çatdırılıb.