Koronavirusdan zərər çəkən sahibkarlar üçün meyarlar hazırlanır

Koronavirus pandemiyasının təsirindən zərər çəkmək ehtimalı olan iqtisadi fəaliyyət sahələrinin siyahısı, eyni zamanda, bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin siyahısının müəyyənləşdirilməsi üçün meyarlar hazırlanır.

Bu barədə fins.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib

Məlumatda qeyd olunur ki,bildiyiniz kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncam imzalanıb və bu məqsədlər üçün 1 milyard manat vəsait ayrılıb. Artıq Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə müvafiq istiqamətlər üzrə işçi qrupları yaradılıb. Bu işçi qruplarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur.
Bildirilir ki, hazırda digər tədbirlərlə yanaşı, koronavirus pandemiyasının təsirindən zərər çəkmək ehtimalı olan iqtisadi fəaliyyət sahələrinin siyahısı, eyni zamanda, bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin siyahısının müəyyənləşdirilməsi üçün meyarlar hazırlanır.
Eyni zamanda “Ümumiyyətlə, işçi qrupları tərəfindən hazırlanan təkliflər ümumi tədbirlər planı ilə təsdiq olunacaq və icrasına başlanılacaq” -deyə qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Sonrakı məqalə

İqtisadiyyat nazirinin müavini: