“Milli Məclisin deputatları bu dövr ərzində böyük təbliğat işi ilə məşğul olub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zaman millət vəkili Siyavuş Novruzov deyib.
O bildirib ki, maska taxmayanlar cərimə olunmalıdır: “Bu gün bu məsələdən hamı yayınmaq istəyir. Başqa cərimələri başa düşmək olar. Avtomobili hardasa saxlayıb cəriməyə etiraz edilsə, başa düşmək olar. Ancaq bu, sənin, ailənin, qonşunun sağlamlığı üçündür. Bu layihəyə bir maddə də salınmalıdır. Şayiələrin yayılmasına qarşı ən sərt tədbirlər görülsün. Bu gün deyirlər ki, cərimələr dövlət tərəfindən bağışlanacaq, biri deyir, koronavirusdan ölənlərə şəhid statusu veriləcək, yaxud biri deyir onlar evlə təmin olunacaq. Yəni bunlar hər şeyi düşünür, maska taxmaqdan başqa…” (APA)