Korrupsiyaya görə 13 hakim vəzifəsindən azad olunub

Korrupsiya hüquqpozmaları ilə bağlı 50-dək hakim intizam məsuliyyətinə cəlb edilib, 10 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Bu barədə Məhkəmə Hüquq Şurasında keçirilən iclasda bildirilib.

Qeyd olunub ki, iclasda korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara görə 3 hakim intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə bir hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı qərar qəbul edilib.

Həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə 2 hakim barədə yeni intizam icraatı başlanılıb.(APA)

Əvvəlki məqalə

“Arvadımdan, ailəmdən əl çəkin!” –

Sonrakı məqalə

AQTA Qurban bayramı ilə bağlı müraciət edib