Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kosmik gəmidə astronavtlar təbii ehtiyaclarını necə ödəyir?

User 13 İyul 2025 - 14:44 (Last updated: 13 İyul 2025 - 11:55)
kosmos01

Yerdəki tualetlərdə cazibə qüvvəsinin təsiri ilə tullantılarımız bizdən rahat halda uzaqlaşır. Astronavtlar üçün isə bu “vəzifəni yerinə yetirmək” bir qədər mürəkkəbdir.

Qravitasiya təsiri olmadan ixrac olunan hər damcı və ya bərk tullantı stansiya daxilində üzərək ətrafa yayıla bilər. Bu isə astronavtların sağlamlığı və kosmik stansiyadakı həssas avadanlıqlar üçün ciddi təhlükə yaradardı.

Astronavtların təbii ehtiyaclarını rahat və qüsursuz halda ödəmələri üçün 80-ci illərdən başlayaraq təkmil tualetlər istehsal edilməyə başlandı.

2000-ci illərə qədər olan tualetlər kişilər üçün nəzərdə tutulmuşdu və qadınlar üçün istifadə çətin idi. Bu tip tualetlərdə sidik üçün ayaq üstə, nəcis üçün isə oturmaq lazım gəlirdi. Ümumilikdə sistem yaxşı işləmirdi və onu təmiz saxlamaq da çətin idi.

Hazırda BKS-də Rusiya və ABŞ istehsalı olan iki modern dizaynlı kosmik tualet mövcuddur.
Olduqca bahalı olan bu qurğular ruslar üçün 19 milyon dollara, amerikanlar üçün isə 23 milyon dollara baş gəlib.

İstifadəsi bir qədər fərqli olan tualetlərdə astronavtlar əvvəlcə özlərini tualet kreslosuna bağlayır və maye ixracı zamanı tozsorana oxşar xüsüsi sorucu şlankdan istifadə edilir. Qatı tullantılar da eyni qaydada oruracağa quraşdıqılmış sorucu mexanizm tərəfindən alüminium qabda saxlanılan fərdi paketlərdə toplanır. Toplanmış bərk tullantılar konteyndə preslənərək sonradan stansiyadan xaric edilir.

Maye halındakı ifrazat isə 90% sudan ibarət olduğu üçün xüsusi filtrdən keçirilərək təmizlənib yenidən qida rasionuna daxil edilir.

Ağır çəkiyə malik olduğu üçün tonlarla suyun kosmosa daşınması çox xərc tələb edir. Buna görə də sidik toplanaraq təkrar emal edilir və yenidən təmiz, içməli suya çevrilir.

AzPost.az

Post navigation

Previous: Ölümə aparan ürək xəstəlikləri: Çıxış yolu nədir?
Next: Saç tökülməsinin müalicəsi üçün yeni kəşf

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.