Piramidaların tikintisinin sirri Nil çayının qədim qolunun kəşfi sayəsində açılıb.
Azpost.info bildirir ki, bu barədə IFLScience yazır.
Məlum olub ki, piramidaların tikildiyi Gizadan bir zamanlar çay axırmış. Lakin sonra bu çay tamamilə quruyub. Su yolunun eni yüzlərlə metrə çatırdı. Onun köməyi ilə qullar indiki piramidaların tikintisi üçün çoxlu miqdarda ağır materialları daşıya bilərdilər.
Nil çayının qədim qolunu doktor Eman Ghoneim kəşf edib. O, Nil vadisini kosmosdan öyrənmək üçün peyk məlumatlarından istifadə edib. Cihazın məlumatları səthin altındakı görünməz informasiya dünyasını ortaya çıxarıb.
Sputinik texnologiyası belə işləyir: radar dalğaları yerin altına nüfuz edir və quru çay yatağının “işıqlandırır”. Bu zaman nəhəng ilan kimi qıvrılaraq səhra və əkin sahələrinə uzanan çay üzə çıxıb. Onun uzunluğu 100 km-ə çatır.
“Uzunluğu çox idi, lakin bəzi yerlərdə bu qolun eni də çox böyük idi. Biz təxminən kilometr yarım və ya daha çox genişlikdən danışırıq ki, bu da bugünkü Nil yatağının eninə bərabərdir.”- deyə Ghoneim bildirib.
Fayumdan Gizaya qədər qurumuş su yolu 38 müxtəlif piramidadan keçir. Tədqiqatçılar onu ərəbcə “Piramida budağı” adlandırıblar.
İndi elm adamları bu çay qolunun qədim Misirin simvolu sayılan piramidalarının tikildiyi Köhnə və Orta Padşahlıq dövründə (3700-4700 il əvvəl) aktiv olub-olmadığını müəyyən etmək üçün qədim çay yatağının torpaq özəklərini təhlil etmək istəyirlər.
Azpost.info