Azərbaycana idxal edilən ağardılmamış, ağırlığı 1 m²-də 225 q və daha çox olan digər kraft kağızı və kraft karton 2 il müddətinə görük rüsumundan azad edilib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərar dərc edildiyi gündən 30 gün sonra – gələn il yanvarın 19-da qüvvəyə minir.
Qeyd edək ki, kraft kağızı sulfat sellülozdan yüksək davamlı bükülmə kağızdır. Həmin kağız sulfat bişirmə prosesində ağacdan hazırlanır və bu proses kraft prosesi kimi tanınır.