Kral III Çarlzın kiçik qardaşı Endryunun evində axtarış gedir

Britaniya polisi Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzorun keçmiş evində axtarışı davam etdirir.

Azpost.info bildirir ki, bu barədə The Guardian qəzeti bildirib. Məlumata görə, o, 19 fevralda 11 saat dindirilib.

Qəzetin məlumatına görə, istintaq London yaxınlığındakı Vindzor qəsri ərazisində yerləşən Royal Lodge iqamətgahında davam edir. 66 yaşlı Mauntbatten-Vindzor 2026-cı ilin fevral ayına qədər orada yaşayıb və sonra Norfolkdakı Sandrinqem kral mülkündəki bir evə köçüb. Hazırkı ünvanında axtarışlar başa çatıb.

Keçmiş şahzadə dünən saxlanılıb və dindirilmək üçün polis nəzarətinə götürülüb. Mauntbatten-Vindzor vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir. Polis onun 2001-ci ildən 2011-ci ilə qədər Böyük Britaniyanın Beynəlxalq Ticarət və İnvestisiya üzrə Xüsusi Nümayəndəsi vəzifəsində çalışarkən məxfi məlumatları məhkum pedofil Ceffri Epşteynə ötürməsi ilə bağlı iddiaları araşdırır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.