Kraliça Elizavetanın əri xəstəxanaya yerləşdirilib

Britaniya Kraliçası II Elizavetanın əri Edinburq hersoqu Şahzadə Filip xəstəxanaya yerləşdirilib.

Bu barədə Bakinqam sarayından verilən məlumatda deyilir. Bildirilib ki, özünü halsız hiss edən şahzadənin xəstəxanaya yerləşdirilməsi tədbir məqsədli olub, şəxsi həkimi tərəfindən məsləhət görülüb.

“Şahzadənin bir neçə gün müşahidə və istirahət üçün xəstəxanada qalması gözlənilir”,-deyə məlumatda qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Ərdoğan Azərbaycanın Baş Prokurorunu qəbul edib

Sonrakı məqalə

2020-ci ildə ölkədə 126 mindən çox uşaq doğulub –