Britaniya Kraliçası II Elizavetanın əri Edinburq hersoqu Şahzadə Filip xəstəxanaya yerləşdirilib.
Bu barədə Bakinqam sarayından verilən məlumatda deyilir. Bildirilib ki, özünü halsız hiss edən şahzadənin xəstəxanaya yerləşdirilməsi tədbir məqsədli olub, şəxsi həkimi tərəfindən məsləhət görülüb.
“Şahzadənin bir neçə gün müşahidə və istirahət üçün xəstəxanada qalması gözlənilir”,-deyə məlumatda qeyd olunub. (APA)