Kraliça II Elizabetin hansı şəraitdə öldüyü məlum olub- Kral arxivindən SƏNƏD

Böyük Britaniyanın mərhum kraliçası II Elizabet yuxuda ikən dünyasını dəyişib.

Azpost.info xəbər verir ki, bu barədə “Daily Mail” onun şəxsi katibi Edvard Yanqın qeydinə istinadən yazır.

Kral arxivində saxlanılan bu sənədin varlığı ilk dəfə məlum olub.

“Çox dinc. Yuxuda. Getdi. Qocalıq… O, nə baş verdiyini anlaya bilməzdi. Heç bir ağrı yox idi…”, – nəşr qeydin məzmununa istinad yazıb.

II Elizabet 2022-ci il sentyabrın 8-də vəfat edib. Sentyabrın 10-da kraliçanın oğlu III Çarlz rəsmən Böyük Britaniyanın yeni kralı elan edilib.

Azpost.info

Əvvəlki məqalə

“Sən uzaq, yaşıl ada”…

Sonrakı məqalə

Su sayğaclarını donvurmadan necə qorumalı?