Kreml Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh etdi

“Münaqişənin tez bir zamanda həllinə ümid edirik”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

“Bilirsiniz, Moskvada, ümumiyyətlə Rusiyada xeyli sayda azərbaycanlı və erməni yaşayır. Onların hamısı Rusiyanın nümunəvi vətəndaşlarıdır. Mən miqrantlardan savayı məhz Rusiya Federasiyasının vətəndaşlarını nəzərdə tuturam. Onların hamısı bizim cəiyyətimizin hörmətli üzvləridirlər. Ermənistan-Azərbaycan sərhədində münaqişənin alovlanması bu vətəndaşları biganə qoymadığı açıq-aşkardır və sözsüz ki, onlar bu hadisələrə emosional reaksiya verirlər”, – D.Peskov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır

Sonrakı məqalə

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib