Britaniya Kremli ölkə seçkilərinə müdaxilədə ittiham etdi- Rusiyadan sərt cavab gəldi

Rusiya Britaniya seçkilərinə müdaxiləsi ilə bağlı ittihamları rədd edib.

Azpost.info xəbər verir ki, Rusiyanın Britaniyadakı səfirliyi mətbuatın və Mühafizəkarlar Partiyasının rəhbərliyinin Moskvanın iyulun 4-də keçiriləcək seçkilərə müdaxiləsi ilə bağlı bəyanatlarını qəti şəkildə rədd edən bəyanat yayıb,

Səfirlik bildirir ki, Rusiya Böyük Britaniyadan və digər Qərb ölkələrindən fərqli olaraq, digər suveren dövlətlərin işlərinə qarışmır.

Bəyanatda deyilir ki, bu cür fərziyyələr torilərin elan etdiyi ideyaların böhranını açıq şəkildə nümayiş etdirir: “Görünür, onların seçiciləri cəlb etmək üçün başqa heç bir şeyləri yoxdur və köhnə saxtakarlıqlardan başqa, çökmüş reytinqlərini dəstəkləmək üçün heç nə tapmırlar”.

Rusiyalı diplomatlar əlavə ediblər ki, Britaniyanın Mühafizəkarlar Partiyasının nümayəndələri Rusiyanın nə istədiyi və ya istəmədiyi barədə spekulyasiya etməyə davam edirlər. Sadə vətəndaşlar isə artıq bu yorucu yalanlardan beziblər.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının sədri Riçard Holden hökumətə və Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrouya müraciət edərək, Böyük Britaniya seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı məlumatların araşdırılmasını tələb edib.

Azpost.info

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

“RussNeft” Azərbaycanda işləyən şirkətləri tərkibindən çıxarıb