Kreml NATO Baş katibinin Çinlə bağlı ittihamlarını şərh edib

Kreml NATO Baş katibi Yens Stoltenberqin Çinin guya Avropada böyük münaqişəyə təhrik etməsi ilə bağlı sözlərinə mənfi reaksiya verib.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Əminik ki, çinli dostlarımız bu bəyanatlara lazımi qiymət verə bilərlər”, – Peskov deyib.

Stoltenberq Çinin təhrikinin Rusiyaya pilotsuz təyyarələr və raketlərin istehsalında, həmçinin elektronika və ikili təyinatlı texnologiyaların ötürülməsində gizli dəstəkdə ifadə edildiyini bildirib.

Azpost.info

Əvvəlki məqalə

Jurnalistə universitetdə vəzifə verildi

Sonrakı məqalə

Kəlbəcərə Prezidentin xüsusi nümayəndəsi təyin edildi