Kreml Rusiyanın Misirə taxıl daşıyan gəmiyə zərbə endirməsini şərh edib

Kreml Kiyevin Rusiyanın Qara dənizdə taxıl gəmisinə hücumu ilə bağlı ittihamları ilə tanış deyil.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, bu barədə hərbi sahənin yetkililərindən soruşmağı təklif edib.

“Düzünü desəm, biz bu açıqlamaları görməmişik. Bu məsələdə ordumuza müraciət etməliyik. Görünür, xüsusi hərbi əməliyyatın gedişi ilə bağlıdır. Ona görə də bu mövzuda heç nə deyə bilmərəm”, – Peskov deyib.

Dünən Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın Qara dənizdə Misirə taxıl daşıyan gəmiyə hücum etdiyi barədə məlumat verib. Onun sözlərinə görə, bu, yük gəmisi ölkənin ərazi sularını tərk edərkən baş verib. Lakin ekipaj arasında itkilər barədə məlumat yoxdur.

Azpost.info

Əvvəlki məqalə

“Əlimizdən gələni edirik” –

Sonrakı məqalə

Rusiya Britaniya ilə diplomatik əlaqələri kəsəcək?