Kreml Zelenski ilə Si Cinpin arasında telefon danışığına münasibət bildirib

“Çin lideri Si Cinpin və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı bu dövlətlərin suveren işidir, lakin Moskva Ukraynadakı münaqişəyə son qoya biləcək bütün təşəbbüsləri alqışlayır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“Biz Ukraynadakı münaqişənin sonunu və Rusiyanın bütün məqsədlərinə çatmasını yaxınlaşdıra biləcək hər şeyi alqışlamağa hazırıq”, – Peskov deyib.

Ukrayna və Çin liderləri Ukraynada hərbi əməliyyatlar başlayandan bəri dünən ilk dəfə telefonla danışıblar.

Azpost.info

Əvvəlki məqalə

“Qızılcaya yoluxma halları artır”

Sonrakı məqalə

Putin gecəni niyə Kremldə keçirib?