Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionunun 17 ölkəsində ilin əvvəlindən bəri qızılcaya yoluxma halları qeydə alınıb. Fevralın sonunda 900 yoluxma faktı barədə rəsmi xəbər verilmişdi və bu göstərici də ümumilikdə 2022-ci ildəki göstəricini üstələyir. ÜST-də vurğulayırlar ki, bütün ölkələrin, o cümlədən qızılcanın endemik ötürülməsinin aradan qaldırıldığı təsdiq olunan ölkələrin hakimiyyət orqanları həddən artıq yoluxucu xəstəliyə yanaşmada ayıqlığı itirməməlidirlər.
ÜST xəbər verir ki, son 12 ay ərzində qızılcaya ən çox yoluxma halı Tacikistanda (610), Türkiyədə (466) və Rusiyada (414) qeydə alınıb. Avstriya, Serbiya, Böyük Britaniya və Özbəkistanda yoluxma 2023-cü ilin əvvəlindən artıb.
“Xəstəliyin yayılması təsdiqlənən kimi ÜST sürətli reaksiya verilməsi üçün bir sıra tədbirlər, o cümlədən yoluxma şəraitinin araşdırılması, yoluxan şəxslərlə təmasda olan və xəstəliyə həssas insanların aşkarlanması və peyvəndlənməsi, tibb müəssisələrində yoluxma nəzarəti, xəstəlikdən zərər çəkənlərlə və əhali qrupları ilə məlumatlılığın artırılması məqsədilə iş aparılmasını tövsiyə edir”, – deyə ÜST-nin təmsilçisi Xose Aqan bildirib.
Ötən il region ölkələrinin apardıqları əlavə vaksinasiya kampaniyası çərçivəsində xəstəlik əsasən COVID-19 pandemiyası başlanandan bəri qızılca əleyhinə planlı peyvəndi vurdurmayan uşaqlarda aşkarlanıb.
O qeyd edib ki, ÜST və BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi sayəsində bu hədəf rayonlarında qızılcaya yoluxma hallarının sayının əhəmiyyətli şəkildə azalmasına baxmayaraq, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda immunlaşdırılmada fasilələrin aradan qaldırılması və gələcəkdə yayılmasının qarşısının alınması üçün əlavə səylər tələb olunur.
2021-ci ildə COVID-19 səbəbindən dünyada rekord sayda – 40 milyon uşaq qızılcadan planlı peyvənd almayıb. 25 milyon uşaq peyvəndin birinci dozasını və daha 14,7 milyonu peyvəndin ikinci dozasını vurdurmayıb.
Avropa regionunda COVID-19 pandemiyasının vaksinasiya səviyyəsində təsiri həm ölkələr arasında, eləcə də ölkələr daxilində dəyişilib. Bəzi dövlətlər COVID-19 dalğaları arasında buraxılanların əvəzini çıxarmağa və immunlaşdırmanın arzuolunan səviyyəsini dəstəkləməyə nail olublar. Digər ölkələrdə isə planlı immunlaşdırılma ya dayandırılıb, ya da müəyyən dövrədək təxirə salınıb.