Krıma 28 PUA hucumu olub

Rusiya hərbçiləri 28 PUA-nın Krımdakı hədəflərə hücum cəhdinin qarşısını alıb.

Azpost.info bildirir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.

“17 Ukrayna PUA-sı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Daha 11 PUA elektron müharibə ilə endirilib və hədəfə çatmadan qəzaya uğrayıb” -deyə məlumatda deyilir.

Terror aktı nəticəsində tələfat və dağıntı olmayıb.

Bundan əvvəl Krımın rəhbəri Sergey Aksyonov da Ukrayna Silahlı Qüvvələrinin uğursuz hücumu barədə məlumat vermişdi.

Ukrayna mütəmadi olaraq pilotsuz təyyarələrlə yarımadanın ərazisinə, o cümlədən Sevastopol ərazisinə hücum etməyə çalışır.

Azpost.info

Əvvəlki məqalə

Bakıda temperatur iqlim normasından 2.5 dərəcə aşağı olub

Sonrakı məqalə

Alimlər 486 ayağı olan naməlum canlı tapıblar –