“Krımla bağlı açıqlamaları Zelenskinin danışıqları istəmədiyini göstərir”- PESKOV

“Ukrayna prezidenti Vladimir Zelenskinin Krımın qaytarılması ilə bağlı bəyanatları Kiyevin münaqişədən qeyri-hərbi üsullarla çıxmaq istəmədiyini göstərir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu cür bəyanatlar bir daha Ukrayna tərəfinin problemi qeyri-hərbi üsullarla həll etməyə hazır olmamasından və bunu istəməməsindən xəbər verir”, – Peskov deyib.

“Financial Times” qəzetinə müsahibəsində Vladimir Zelenski deyib ki, əgər kimsə Ukraynaya Krımın qeyri-hərbi yolla öz tərkibinə qaytarılmasını təklif etməyə hazırdırsa, o, bunun tərəfdarı olacaq. Eyni zamanda o vurğulayıb ki, Ukrayna itirilmiş bütün ərazilərini geri qaytarmaqda qərarlıdır.

Azpost.info

Əvvəlki məqalə

Rusiya “Facebook” və“İnstagram”ın birləşdiyi “Meta”nı ekstremist təşkilat elan etdi

Sonrakı məqalə

Lənkəran Dövlət Universitetinin əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib –