Kriptovalyuta birjası Peskovun ailəsinin pullarını bloklayıb

“Binance” kriptovalyuta birjası Kreml məmurlarının qohumlarının aktivlərini bloklayıb.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov məlumat verib.

Birjanın “qara siyahısına” Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı və oğlunun, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun ögey qızı Polina Kovalyovanın da hesabları düşüb. “Onlar öz hesablarından kriptoaktivləri satmaq, almaq və ya köçürmək üçün istifadə edə bilməyəcəklər”, – Fyodorov bildirib.

Azpost.info

Əvvəlki məqalə

AFFA-nın iclası oldu –

Sonrakı məqalə

“Mərkəzi Asiya ölkələrindən çoxlu yeni yüklərin gəlməsini gözləyirik” –